BaşlıcaSiyasət

Türklər Erməni Soyqırımına görə Kim Kardaşyanı təqib edir

İnstagram, 1915-ci ildə ermənilərin vəhşicəsinə qətillər haqqında yazdığı Kim Kardaşyanın storizi uzaqlaşdırıb.

Türk sosial media istifadəçiləri, 1915-ci ildə Osmanlı İmperiyasında Erməni Soyqırımının Anım Günü ilə əlaqədar bir yazı üçün Amerika ermənisi  TV ulduzu Kim Kardaşyanı təqib etməyə başlayıb. İnstaqramda yayımlanan realiti-şou ulduzunun fotoları erməni soyqırımının sənədli sübutudur. Fotoların yanında Soyqırımı haqqında qısa məlumat yerləşdirilib.

“24 aprel 1915-ci ildə qırğın başladı. Əvvəlcə erməni ziyalıları öldürüldü. Ondan sonra osmanlı türkləri qadınlara və uşaqlara keçdi. Onlar mənim ulularımdır kimlər ki, aclığa, zorakalığa düçar olunmuş və  öldürülmüşlər. 1917-ci ildə artıq 1,5 milyon erməni öldürülmüşdür”- deyərək Kimin  storizində yazılıb.

Amerikanın “Mulierlife” qəzeti yazır ki, bu dərcdən sonra mindən çox istifadəçi İnstaqram rəhbərliyinə şikayət edib, bununla sosial şəbəkə Kardaşyanın stroizini  uzaqlaşdırıb və TV ulduzunu “irqçilik”də ittiham edib.

Üstəlik, türk istifadəçiləri kütləvi şəkildə türk bayrağını Kimin evinin fotoları və selfilərinin altında yerləşdiriblər.

Kim Kardashianı  “sığınacaq”  xilas etmədi. Nort anasının makiyaj videosunda  peyda olundu.

Kardaşyan, şərhləri bir neçə min bəyənmə toplayan türkiyəli məşhurlar tərəfindən də təqib olunur. Onların arasında məşhur türk müğənnisi Demet Akalin və aktyor Turgay Baydur da var.

“Mən Türkiyədənəm və bununla fəxr edirəm”- deyərək  türk aktyoru Kardaşianın fotosu altında yazıb.

Türkiyə KİV-də informasiya yayılmışdır ki, Kardaşyanın səhifəsi türk hakerlər tərəfindən dağıdılıb,  halbuki Kimin səhifəsində oxşar izlər yoxdur.

Kimin atası 2003-cü ildə vəfat edən vəkil Robert Kardaşyandır. Robert və Tom Kardaşyan Artur Kardaşyan və Haykuhi (Helen) Kardaşyanın övladlarıdır. Artur və Haykuhinin valideynləri 20-ci əsrin əvvəllərində Ərzurumdan və Türkiyənin Qara bölgəsindən ABŞ-a mühacirət olmuşlar. Kim soyadını babası Saghatel Kardaşyandan miras almışdır. 2015-ci ilin aprelində Kardaşyan Erməni Soyqırımının 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Ermənistana səfər edib. 2019-cu ildə Dünya İT Konfransı (WCIT 2019) çərçivəsindəYerevana  gəlimişdir.

Bu səfərlər zamanı Kim Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edən Tsitsernakaberd Memorialını ziyarət etmişdir.

Daha çox göstər
Back to top button