Başlıcaİctimaiyyət

Azərbaycanda pandemiya müxalfətə qarşı təqiblər üçün yaxşı bir fürsətdir

Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədri Əli Kərimlinin və ailə üzvlərinin karantin dövründə telefon, internet əlaqələrinin kəsilməsini tənqid etdi. O qeyd etdi ki, müxalifətə qarşı repressiv tədbirlər həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq birlik tərəfindən böyük narazılıqla qarşılanır.

Azərbaycanın Demokratik Rifah Hərəkəti də öz növbəsində Azərbaycan hakimiyyətinə Əli Kərimlinin internet əlaqəsinin təmin etməyə, bundan başqa Müsavat partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının (NSDS) üzvü Tofiq Yaqublunu və siyasi səbəblərə görə azadlıqdan məhrum edilmiş digər şəxsləri azad etməyə çağırıb.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, son vaxtlar AXCP-nin daha iki fəalı saxlanılıb. AXCP-nin məlumatına görə, Arif Babayev polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparılıb. AXCP-nin Xəzər rayon şöbəsinin üzvü Əvəz Əhmədov iki nəfər mülki geyimli şəxs tərəfindən avtomobilə mindirilərək aparılıb.

Deməli ki, bu ölkədə insan hüquqları hər gün pozulur.

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatı Dünya Mətbuat Azadlığı üzrə reytinqi açıqlayıb. Azərbaycan iki pillə gəriləyərək, 180 ölkə 168-ci yeri tutub.

Hesabatda qeyd olunur ki, 2019-cu ilin sonlarında KİV-in “baş senzoru” hesab olunan prezidentin müşaviri Əli Həsənovun vəzifədən azad edilməsindən və böyük islahatlar haqqında bəyanatlardan sonra yaranmış ümidlər 2020-ci ilin əvvəllərindəcə puça çıxıb. Həmin vaxt seçkilərdə saxtakarlıqları və müxalifətin mitinqlərini işıqlandıran jurnalistlərin təqibi dalğası başlayıb.

Koronavirus pandemiyası şəraitində Azərbaycanın siyasi hakimiyyəti müxalifətə, müstəqil jurnalistlərə və bloggerlərə qarşı elan olunmamış müharibəni sərtləşdirdi, hüquqlarını məhdudlaşdırdı və ya absurd ittihamlarla həbs etdirdi.

Lakin bu əbədi davam edə bilməz, xalqın səbir kasası bir gün daşacaq.

Daha çox göstər
Back to top button