Başlıcaİctimaiyyət

Azərbaycanın Biləsuvar Rayon İcra Hakimiyyətinin önündə narazılıq

Mayın 4-də bir qrup yerli sakinin Azərbaycanın Biləsuvar Rayon İcra Hakimiyyətinin önündə toplaşdıqları bildirilir.

Bu barədə “Turan” agentliyinə rayon sakinlərinin özləri məlumat verib. Onların sözlərinə görə, yüzə yaxın insan icra hakimiyyətinin önünə sosial yardım tələb etmək məqsədilə toplaşıb.

Verilən məlumata görə, aksiya iştirakçıları maddi vəziyyətlərinin pis olduğunu bildiriblər. “Əhali acından ölür. Vəziyyət pisdir. Qoy hamı görsün, nə zülm edirlər bizə”, – yerli sakinlərdən biri vurğulayıb.

Qeyd edildiyinə görə, aksiya iştirakçıları icra hakimiyyətin binasına girməyə cəhd ediblər, ərazidə olan polislər bu cəhdin qarşısını alıb.

Məlumatda habelə vurğulanıb ki, polislərlə sakinlər arasında yaranmış qarşıdurma nəticəsində bir neçə şəxs xəsarət alıb.

Agentlik bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. Amma o, xəsarət alanların olması barədə deyilənləri təkzib edib.

Daha çox göstər
Back to top button