Başlıcaİctimaiyyət

“Biz koronavirusla paralel yaşamağı öyrənməliyik”: Paşinyan

ER Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan əhalisi ölkədə koronavirus hallarının olduğu şəraitində yaşamağı öyrənməlidir.

O deyib ki, ölkədə koronavirusa qarşı mübarizənin yeni mərhələsi başladı.

“Aydındır ki, gələn il mart-aprel aylarında da peyvənd yaranana qədər yeni koronavirus hadisələri qeydə alınacaqdır. Beləliklə, sabahtan etibarən hər şey ediləcəkdir ki, yeni yaşam qaydaları olsun və koronavirusa paralal yaşaya bilsək, çünki bütün il boyunca məhdudiyyətlər şəraitində yaşamamız mümkün deyil”,-deyə Baş nazir Nikol Paşinyan baş nazir müavini, komendant Tigran Avinyan və Səhiyyə naziri Arsen Torosyanla keçirdiyi canlı yayımda bildirib.

Eyni zamanda, Paşinyan vurğulayıb ki, əgər bu gün sərt məhdudiyyətlərlə daha bir aydan sonra epidemiyanın bitəcəyini bilsəydik, o addımı atardıq, amma biz qeyd etmişik ki, bu real görünmür və mümkünsüzdür, “son iki ayın göstəriciləri bunu sübut edir”.

Daha çox göstər
Back to top button