BaşlıcaSiyasət

Daha dərinə getməyə ehtiyac yoxdur: Mnatsakanyan Qarabağ münaqişəsinin danışıqları barədə

Erməni tərəfi həmişə deyib ki, Qarabağ məsələsiylə bağlı danışıqlar qarşılıqlı kompromislərə əsaslanır. ER Xarici İşlər Naziri Zohrab Mnatsakanyan, Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında, danışıqlar ilə əlaqədar Ermənistan daxilində səslənən fikirlərə toxunaraq deyib.

“Daxili siyasətə dair bir vacib prinsip var: daxili siyasətdən qaçmayacaqsınız. Mən siyasi rəqabətə girməyəcəm. Sakit olmaq çox vacibdir. Ancaq digər tərəfdən cəmiyyətlərimizdə bütün bunlarla bağlı konsensus mövcuddur. Bu, mövqelərimizi daha da gücləndirir”- deyə nazir qeyd edib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistanın daxili işləri ilə bağlı açıqlamasına toxunaraq, Mnatsakanyan qeyd etdi ki, XİN artıq məsələ ilə bağlı mövqeyini açıqlamışdır və bundan sonra daha dərinə getməyə ehtiyac yoxdur.

Nazir həmçinin bildirib ki, koronavirus pandemiyası günlərində Ermənistan ATƏT-in Minsk qrupu həmsədrləri ilə əlaqə saxlamağa davam edir. “Bu dövrdə həmsədrlərlə əlaqə birbaşa və daimi olub və davam etməkdədir. Vəziyyətə reaksiya və atəşkəs rejiminə əməl olunması ilə bağlı müxtəlif müzakirələri davam etdiririk. Bu müddətdə vəziyyət nisbətən sakitdir, amma biz hər hansı bir inkişafa dərhal reaksiya göstəririk”- deyə nazir  vurğuladı.

Onun sözlərincə, atəşkəs rejiminə riayət etmək çox vacibdir, çünki dünyanın bütün ölkələri, o cümlədən Ermənistan və Azərbaycan üçün əsas prioritet epidemiya ilə mübarizədir.

Xatırladaq  ki, Rusiya Xİ naziri Sergey Lavrov aprelin 21-də bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinin həyata keçirilməsində ən vacib addım 2019-cu ilin aprelində Moskvada qəbul edilmiş sənədin imzalanmasıdır. Söz 2019-cu ilin aprelində ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü zamanı Moskvada qəbul olunan sənəd barədədir.

Buna cavab olaraq ER Xarici İşlər Naziri Zohrab Mnatsakanyan beyan etmişdir ki, sülh yolu ilə nizamlanma güzəştlərlə mümkündür. Güzəştlər isə olmayıb və olmayacaq da.

Daha çox göstər
Back to top button