BaşlıcaSiyasət

“Məmmədyarov bu günlərdə Azərbaycanda olduqca sərt tənqid olunur”

Aprelin 28-də Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan və Rusiya Xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son  bəyanatlarını şərh etdi.

“Lavrovun münaqişənin nizamlanmasının mərhələli variantı barədə bəyanatı  artıq neçə ildir müzakirə mövzusudur və həmsədrlərin  bəyanatında açıq şəkildə öz əksini tapıb.

Erməni tərəfi həmvətənlərini aldadaraq bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli müzakirə olunmur. Məmmədyarovun açıqlaması ilə əlaqədar “Aravot” mətbusuyla söhbətdə ER parlamentinin “Mənim addımım” fraksiyasının üzvü, Azərbaycan üzrə eksperti Tatevik Hayrapetyan vurğuladı:

“Əvvəlcə qeyd etmək istərdim ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər hansı bir ortaq bəyanatında belə ifadə yoxdur. Üstəlik həmsədrlərin son açıqlamalarının hamısı əsasən atmosferin bərpasına və humanitar məsələlərə aidolub.

Düşünürəm ki, Məmmədyarovun gec cavabı (Lavrovun Xarici işlər nazirimizə verdiyi sözlərlə) bu günlərdə Məmmədyarovun Azərbaycanda dişsiz siyasət yürütdüyü üçün geniş tənqid olunduğundan irəli gəldi.

 Heç kimə sirr deyil ki, bitərəf və ya adi olan bəzi azərbaycanlı millət vəkilləri elə-belə çıxış etməzdilər.Məmmədyarovu siyasətinə görə sərt tənqid atəşinə tutdular və bunun əvəzindəsə Azərbaycanın xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyevi yaxşıca təriflədilər.

Məmmədyarov yenidən bu seçim barədə danışaraq müvafiq müsahibə verməyə qərar verdi, amma bir daha təsdiq edirəm ki, danışıq masasında sənəd yoxdur, eyni zamanda mərhələli sənəd. Belə ki, Azərbaycanın düşüncəsində olan fikirlər erməni tərəfi üçün qəbuledilməzdir.

Bu haqda  Xarici işlər naziri Zohrab Mnatsakanyan açıq şəkildə bildiribdir. Bizim üçün birtərəfli güzəşt prinsipi qəbuledilməz və  imtina olunandır.

Nə qədər ki, Azərbaycan kompromislər barədə danışmağa hazır deyil, sülhə hazır olduğunu söyləməyə hazır deyil, qalan danışıqlarartıq  və əhəmiyyətsiz olur”.

Daha çox göstər
Back to top button