Başlıcaİctimaiyyət

Azərbaycanda COVID-19-a yoluxanların sayı 1984-ə çatdı

Azərbaycanda daha 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkədə 1 984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Daha çox göstər
Back to top button