Başlıcaİctimaiyyət

Azərbaycanda vergi əməkdaşları rüşvət alarkən tutulub

Azərbaycanın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub. Bu barədə Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin birgə məlumatında deyilir.

Hər iki məmur mayın 4-də həmin məbləğin bir qismini rüşvət kimi alarkən yaxalanıblar. Faktla bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-in 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

Daha çox göstər
Back to top button