Başlıcaİctimaiyyət

Biləsuvarda etirazlarla əlaqədar 7 nəfər saxlanılıb

Azərbaycanın Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısında dünənki insidentlə əlaqədar 7 nəfər saxlanılıb.

Turan agentliyi məlumat yayıb ki, DİN-in və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatına görə, “icazəsiz” aksiyanın bir neçə iştirakçısı ictimai asayişi pozub və polisin qanuni tələblərinə tabe olmayıb.

Bununla əlaqədar 7 nəfər saxlanılıb, iki nəfər xuliqanlığa və polisə müqavimət göstərdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Beş nəfər barəsində kiçik xuliqanlığa görə protokol tərtib edilib, deyə məlumatda bildirilir.

Xatırladaq ki, mayın 4-də yüzlərlə insan pandemiyadan zərər çəkənlərə ayrılmış maddi yardımın paylanmasından narazılıqlarını bildirmək üçün Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısına gəlib. Polis onları dağıtmağa başlayıb və qarşıdurma baş verib.

Daha çox göstər
Back to top button