Başlıcaİctimaiyyət

Ermənistanda daha 112 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 112 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 619-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb.

Bundan başqa, indiyədək 1 111 nəfər koronavirusdan sağalıb.

Hazırda 1 462 nəfər müalicə alır, ümumi olaraq 25 846 test aparılıb.

Daha çox göstər
Back to top button