BaşlıcaSiyasət

Nubar Afeyan şirkəti artıq iyul ayında koronavirus peyvəndinin ilk dozalarını buraxmağı planlaşdırır

Tanınmış iş adamı Nubar Afeyan tərəfindən qurulan Moderna Therapeutics və Lonza Group AG, koronavirusa qarşı potensial peyvənd istehsalını sürətləndirməyi planlaşdırırlar.

Moderna tərəfindən hazırlanan eksperimental mRNA-1273 peyvəndi ABŞ Milli Səhiyyə İnstitutunda erkən mərhələlərdə sınaqdan keçirilir. İstehsalçı ikinci rübdə ikinci mərhələnin sınaqlarına başlamağı planlaşdırır.

10 illik əməkdaşlıq müqaviləsinə uyğun olaraq şirkətlər ildə bir milyard doza qədər vaksin istehsal etmək niyyətindədirlər. Peyvəndin ilk partiyasının iyul ayında hazır olacağı gözlənilir.

“Tərəflər Lonzanın müəssisələrində əlavə istehsal müəssisələri qurmaq niyyətindədirlər ki, nəticədə 1 milyard illik dərman preparatına bərabər miqdarda mRNA-1273 istehsalına bütün dünyada istifadə üçün icazə verilsin”-deyərək şirkətin  bəyanatında bildirilir.

Aprel ayında Moderna, COVID-19 koronavirus peyvəndinin inkişafını sürətləndirmək üçün ABŞ hökumət agentliyindən 483 milyon dollar maliyyə yardımı aldı. Bazeldə yerləşən bir əczaçılıq, biotexnologiya və qida şirkəti olan Lonza, koronavirus layihələri ilə əlaqədar 40-dan çox sorğu almışdır.

Daha çox göstər
Back to top button