Başlıcaİctimaiyyət

600-ə yaxın Azərbaycan vətəndaşı Dərbənddə çətin vəziyyətdə qalıb

Karantin rejimi ilə əlaqədar qadağa səbəbindən ölkəyə qayıda bilməyən 600-ə yaxın Azərbaycan vətəndaşı Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşıb. Son günlər onlar faktiki olaraq Dərbənd rayonunun Qullar qəsəbəsi yaxınlığında küçədə qalıblar.

Onlardan biri, Emin Aslanov Turan-a bildirib ki, Dərbənd azərbaycanlıları onları öz mehmanxanalarında yerləşdirərək sığınacaq veriblər.

Dərbənddə qalan Azərbaycan vətəndaşları lakin deyirlər ki, Azərbaycan özləri dəstəkləmir.

“Biz özümüz sərhədə çatmışıq. Problem nədir, qoy, bizi buraxsınlar, karantini gözləməyə hazırıq. Qoy, bizi çadırlara yerləşdirsinlər. Ancaq bir müəyyənlik olacaq, biləcəyik ki, iki həftədən sonra evimizə qayıdacağıq”, – digər Azərbaycan vətəndaşı deyib”,- deyə vətəndaşlarıdan biri qeyd edib.

Daha çox göstər
Back to top button