ArtsaxBaşlıca

“Azərbaycan sadəcə Türkiyənin peykidir”: Arman Abovyan

“Biz Artsax münaqişəsinin nizamlanması barədə danışanda, bir sadə həqiqəti başa düşməliyik ki, Azərbaycan heç vaxt məsələnin sivil həll variantı ilə razılaşmayacaqdır”. Bunu ER parlamentində çıxışında Arman Abovyan bəyan edərək əlavə edib ki, Azərbaycanın bir məsələsi vardır, o da ermənisiz bir ərazi əldə etməkdir.

Deputatın sözlərinə görə, bu siyasət pantürkizm çərçivəsində yürüdülür, onlar bu siyasəti 100 və hətta təhlilçilərin fikrincə, 200, 300 il aparırlar. Bunun nəticəsində, 1915-ci ildə və 80-90-cı illərdə biz vətənimizin böyük bir qismini itirmişik.

“Bu türk siyasətinin nəticəsində olub. Bəlli, səhv etmədim, çünki Azərbaycan sadəcə Türkiyənin peykidir”,-deyə deputat qeyd etdi.

Abovyana görə, bu səbəbdən də Artsaxla bağlı danışıqlar sadə və aydın bir idea əsasında qurulmalıdır: “Artsaxın de-fakto statusunun beynəlxalq de-yure tanınması olmadığı müddətcə, heç bir kompromis və diplomatik addımlar barədə düşünmək olmaz, çünki o bizim evimizdir, əcdadlarımızın doğma torpağıdır”.

Daha çox göstər
Back to top button