Başlıcaİctimaiyyət

Ermənistan “Freedom House” hesabatı tarixində ən yüksək demokratikləşmə göstəricisini göstərib

“Freedom House” postsovet ölkələrinin demokratikləşməsinə dair hesabatında Ermənistanın son iki ildə bu sahədə qazandığı uğurları yüksək qiymətləndirdi.

Məşhur Amerika insan haqları təşkilatı, 29 postsovet Avrasiya ölkəsindəki demokratik inkişafa həsr olunmuş “Nations in Transit” hesabatını dərc etdikdən sonra açıqlanıb ki, Ermənistan Freedom House hesabatı tarixində ən yüksək iki illik inkişaf tempinə sahibdir.

Bu Ermənistanın göstərdiyi ən yüksək göstəricisidir.

Təşkilatın hesabatınd həmçinin qeyd olunur ki, son iki ildə ölkə seçkilərin keçirilməsi və korrupsiyaya qarşı mübarizədə böyük uğurlara imza atdı. Hesabatda lakin qeyd olunur ki, ancaq məhkəmə sistemi ətrafında baş verənlər narahatlıq doğurur.

Təşklatın hesabatı keçid ölkələr arasında Ermənistan və Ukryanaya xüsusi diqqət yetirərək, keçid dövrüdə olan ölkələrə diqqət yetirməyə çağırıb. Qeyd olunur ki, Ermənistan və Ukraynada demokratikləşmə prosesi bu iki ildə yüksək olub.

Freedom House Ermənistanı qanunun aliliyini və institutları, o cümlədən məhkəmə və polis islahatlarını gücləndirmək üçün geniş proqram yardımı göstərməyə çağırır.

Freedom House-un prezidenti Maykl Abramoviç Qərb demokratiyalarını qonşularındakı antidemokratik proseslərə məhəl qoymamağa, ABŞ-ı demokratiyanı qorumaq missiyasına yenidən baxmağa çağırıb.

Daha çox göstər
Back to top button