BaşlıcaSiyasət

Ermənistan tamamilə yeni xarici siyasət qurur. Paşinyan

Ermənistan öz  imkanlarını nümayiş etdirərək, tamamilə yeni xarici siyasət konsepsiyası qurur. Bu barədə Parlamentdə çıxışı zamanı ER Baş naziri Nilkol Paşinyan dedi.

Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, Ermənistan artıq “üçüncü dərəcəli ölkə” statusu ilə barışmaq niyyətində deyil  və özünü onun fikri ilə hesablaşmağın lazım gəldiyi dövlət kimi göstərəcək,

Onun sözlərincə, hökumət xarici tərəfdaşlarına hörmət edir və onlardan da eynisini tələb edir. Bununla yanaşı, Baş nazir qeyd olunan mövqedən irəli gələn müəyyən riskləri qeyd etdi, lakin onun sözlərinə görə, komandasıyla artıq seçim etdi və gələcəkdə məhz bu prinsipi rəhbər tutacaqlar.

“Qərar verməliyik ki, başımızı əllərimizlə örtməliyik ki, bizi döyməsinlər, yoxsa lazım olduğunda zərbəni qəbul edib, cavab zərbəsi endirməliyik. Mən ikinci variantı seçdim və başqa cür təsəvvür edə bilmirəm. Qalan hər şey detallardır “- deyə Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, diplomatik korpus hələ oyunun yeni qaydalarına tam uyğunlaşmayıb və bəzi işçilər onun sərt yanaşmalarını qəbul etməyib. Hər halda, diplomatların xeyli hissəsi onun mövqeyini dəstəkləyir və qəbul edir.

“Lakin, insanlar var ki, yalvarmağa, masadan qırıntıları toplamağa alışıb. Təəsüf ki, bu həqiqətdir, və bir dəfə deyildir ki, mən belə  hərəkətin şahidi olmuşam”- deyə o, vurğuladı.

“Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili Naira Zohrabyanın Rusiya XİN rəhbəri Sergey Lavrov və Azərbaycanın müdafiə naziri Zakir Həsənovun bəyanatına niyə cavab verməməsi ilə bağlı sualını cavablandıraraq baş nazir əsəbləşdi və qeyd etdi ki, bu məsələdə heç bir lider bu qədər açıq olmayıb və mövqeyini  bu qədər aydın ifadə etməyib.

Paşinyan bir daha bəyan etdi ki, nizamlanma Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır.

“Mənim mövqeyim 2018-ci ilin mayından bəri tək bir vergül ilə dəyişməyib”- deyə Paşinyan vurğuladı.

Daha çox göstər
Back to top button