BaşlıcaBeynəlxalq

“Freedom House”: İlham Əliyev elitadaxili birləşmə riskini aradan qaldırmağa çalışır”

“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatı dərc edib.

Azərbaycan 1,4 balla sonuncu kateqoriyaya düşüb.

“Azərbaycan, Tacikistan və Türkmənistan prezidentləri öz qohumlarını məsul postlara təyin edərək hakimiyyətin sülalə şəklində ötürülməsi üçün zəmin yaradır. Bir şəxsiyyətin üstün bir sistemdə hakimiyyətin istənilən formada ötürülməsi risk yaradır.

Oturuşmuş diktaturası olan regionda fundamental azadlıqlar çox zəif qorunub.

Hesabatda qeyd olunur ki, prezident İlham Əliyev 2003-cü ildə sərt nəzarət altında keçirilmiş seçkilərdə hakimiyyəti atasından alıb.Hazırda da hakimiyyətin ailə daxilində ötürülməsinə hazırlığın əlamətləri görünür.

“2017-ci ildə birinci vitse-prezident postunun təsis edilməsi “Paşayev klanı” adlanan ailə şəbəkəsini gücləndirib”.

“Əgər gələcəkdə Əliyev istefa verərsə, Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyətə rəhbərlik edəcək”, – hesabatda deyilir.

Daha çox göstər
Back to top button