BaşlıcaSiyasət

Paşinyan DQ münaqişəsinin mümkün həllinin necə müzakirə olunacağını təqdim edib

ER parlament deputatlarıyla görüşdə ER Baş naziri Nikol Paşinyan ER münaqişəsinin mümkün həlli ilə bağlı mövqeyini şərh etdi.

Bu gün parlamentdə deputatların suallarını cavablandıran Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, eyni zamanda, Ermənistan Respublikası Hökumətinin Dağlıq Qarabağ məsələsinə münasibətini bildirdi.

“Qarabağ məsələsinə dair hər hansı bir həll, əgər Ermənistan xalqı üçün məqbul deyilsə, Qarabağ xalqı, o cümlədən parlament üçün məqbul deyilsə, praktik olaraq həll yolu ola bilməz. Yəni bu, nəinki mənim xoş istəyimdəndir, təbii olaraq belə olmalıdır.Hətta  keçmişdə hakimiyyətlər düşünmüşlərsə  imzalayarkən  hansısa  həllə çatacaqlar, demək  öz qüvvələrini  həddindən artıq hesab etmişlər”-deyərək Paşinyan  əmin edib ki,  parlamendə əyləşən deputatların  xəbəri olmadan  heç bir həll ola bilməz.o, həm də bəyan edib ki, 2018-ci ildə olan öz mövqeyində bu günəcən  hətta bir cümlə belə artırmaq yaxud əskiltməyə ehtiyac duymur.

Üstəlik, Baş nazir qeyd etdi ki, istənilən həll yolu yalnız Ermənistan və Dağlıq Qarabağ xalqı üçün deyil, həm də Azərbaycan xalqı üçün məqbul olmalıdır.

Paşinyanın sözlərinə görə, mümkün olan hər hansı bir həll əvvəlcə ER və DQR Təhlükəsizlik Şuralarında, hökumətlərdə və yalnız parlamentlərdə müzakirə ediləcəkdir.

Daha çox göstər
Back to top button