Başlıcaİctimaiyyət

Xarici dövlətlərdəki qanunsuz sərvət dövlət büdcəsinə qaytarılmalıdır: Andranik Koçaryan

Bəyanatım bəzi şəxslər üçün əlverişli şəraitdə həm Ermənistanda, həm də xaricdə yığılmış qanunsuz sərvət barədədir. Bunu parlamentdə “Mənim addım” fraksiyasının deputatı Andranik Koçaryan bildirib. Onun sözlərinə görə, qanunsuz sərvətin qaytarılmasına paralel ER-dan xaricə çıxarılmış aktivlərin qaytarılması məsələsi ilə də ciddi şəkildə məşğul olunmalıyıq. Koçaryanın fikrincə, ER-dan böyük miqdarda aktiv Aİ ölkələrinə, Rusiyaya, Ərab Əmirliklərinə və ABŞ-a çıxarılmışdır.

“Xarici dövlətlərdəki qanunsuz sərvətin dövlət büdcəsinə qaytarılması ER vətəndaşları və dünya erməniləri üçün ümumi gündəm məsələsi olmalıdır, çünki bu məsələ sistemli həll tələb edir”,-deyə deputat qeyd etdi. Onun sözlərinə görə, əvvəlcə bu aktivlərin yerini aşkar etməyə yönəldirmiş və aydın şəkildə planlaşdırılmış tədbirlər lazımdır.

Koçaryanın fikrincə, bu məsələdə beynəlxalq əməkdaşlıq çox vacibdir və bundan olduqca səmərəi şəkildə istifadə etmək olar. O qeyd etdi ki, beynəlxalq eməkdaşlıqdan istifadə edərək dərhal ER xaricində olan aktivləri dondurmaq və qaytarmaq lazımdır. “Qeyd olunmuş addımların yalnı bir məqsədi var, o da xalqa və ölkəyə aid olanı dövlət büdcəsinə qaytarmaqdır”,-deyə Koçaryan vurğuladı.

Daha çox göstər
Back to top button