BaşlıcaBeynəlxalq

AIHM Azərbaycan hökumətinin üzərinə 6 min avro təzminat ödəmək öhdəliyi qoyub

Mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Xədicə İsmayılovanın işi üzrə növbəti qərarını elan edib.

Bu barədə “Turan” İnformasiya Agentliyi bildirir.

Agentlik xəbər verir ki, 2014-cü ildə İsmayılova Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyatın toxunulmazlığı (8-ci maddə) və ədalətli məhkəmə (6-cı maddə) hüquqlarının pozulmasından şikayət verib. Məhkəmə jurnalistin şikayətini təmin edib və Azərbaycan hökumətinin üzərinə ona mənəvi ziyana görə 6 min avro təzminat ödəmək öhdəliyi qoyub.

Məhkəmənin qərarında deyilir ki, bu iş Azərbaycanın hökumətyönlü KİV-lərində İsmayılovanın ləyaqətinə ləkə gətirən nəşrlərlə bağlıdır.

Daha çox göstər
Back to top button