Başlıcaİctimaiyyət

AXCP fəalı həbs edilib

Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin təlimatçısı Ramid Nağıyev mayın 6-da Bakının Nizami rayonu ərazisində bankda ödəniş edərkən saxlanılıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Evdən çıxmaq üçün SMS-icazəsi olmasına baxmayaraq, Nizami rayon məhkəməsi Nağıyevi 30 gün inzibati həbs cəzasına məhkum edib, bu barədə AXCP-nin məlumatında deyilir.

Nağıyev Binəqədidə İnzibati həbs olunanların saxlanılma məntəqəsinə yerləşdirilib. Amma onun konkret olaraq hansı hüquqpozmada ittiham olunduğu məlum deyil.

AXCP-nin məlumatına görə, karantin rejimi dövründə 13 partiya fəalı inzibati qaydada həbs edilib.

Partiyanın daha bir üzvü – Əlizamin Salayev cinayət ittihamı ilə həbs edilib, partiya üzvü Aqil Hümbətov isə məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib.

Daha çox göstər
Back to top button