ArtsaxBaşlıca

Azərbaycandan olan erməni qaçqınların hüquqları beynəlxalq cəmiyyət tərəfindən pozulub. Artsax Ombudsmanı

Artsaxda yaşayan qaçqınlar üçün ən böyük problem mənzil məsələsi olaraq qalır. Bunu Artsax Ombudsmanı Artak Beglaryan onlayn mətbuat konfransında 2019-cu ilin fəaliyyətinin yekunlarına və insan hüquqlarının vəziyyətinə dair illik hesabatı təqdim edərkən bəyan edib.

Onun sözlərincə, hələ də qaçqınların hamısı mənzillərlə təmin olunmur, bəziləri mənzillər almaq üçün siyahılardadır. İnsan hüquqları müdafiəçisinin sözlərinə görə, mənzil proqramı digər proqramlar ilə bağlı dayandırılıb. “Dövlət qərar verməlidir ki, siyahıdakılar mənzil alacaq, yoxsa almayacaq”- deyə Beglaryan xatırlatdı.

Eyni zamanda, Ombudsman qaçqınların hüquqlarının beynəlxalq cəmiyyət tərəfindən pozulmasından narahat olduğunu bildirdi. “Artsaxda yaşayan qaçqınlar statusumuzla əlaqədar beynəlxalq təşkilatlardan dəstək almırlar”- deyə Beglaryan qaçqınların həm rəsmi, həm də qeyri-rəsmi şəkildə danışıqların bütün formalarında iştirakının vacibliyini vurğuladı.

“Lakin elə təssürat var ki, beynəlxalq cəmiyyət  xüsusən Artsaxdakı ermənilərlə müqayisədə  azərbaycanlı qaçqınlara üstünlük verir. Bu qəbuledilməzdir”- deyə Ombudsman bəyan edib.

Daha çox göstər
Back to top button