BaşlıcaSiyasət

BMT-də Artsax Respublikası Xarici işlər nazirliyinin memorandumu paylandı

Birləşmiş Millətlər Təşkilatında rəsmi sənəd olaraq Artsax Respublikasının Xİ nazirliyinin memorandumu yayılıb /https://undocs.org/ru/A/74/771/՝ Təşkilatın Baş katibinə ünvanlanmışdır ki, o da 1992-ci il  fevralında Azərbaycanın silahlı  birləşmələrindən  Xocalını azad edən zaman  baş vermiş hadisələri təhrif etməkçün  fasiləsiz  cəhdləriylə bağlı olub. Bu  haqda Artsax Respublikasının Xarici işlər nazirliyi məlumatlandırıb.

“Sənəddə faktlarla iddia olunur ki, Artsax Respublikasının özünümüdafiə qüvvələrinin Xocalıdakı Azərbaycan silahlı qüvvələrinin artilleriya atəş mövqelərini zərərsizləşdirməyə yönəlmiş hərəkətləri, habelə Stepanakert hava limanının blokadaya alınması yalnız hərbi zərurətlə şərtlənmiş və ona əməl edilmişdir ki, o da  beynəlxalq humanitar hüquq normlarına və prinsiplərinə tam uyğundur.

Əksinə, yuxarıda göstərilən hadisələr zamanı Azərbaycan tərəfi beynəlxalq humanitar hüququn bir sıra normalarını kobud şəkildə pozdu. Xüsusilə, strateji mövqeləri qorumaq  məqsədiylə Azərbaycan hakimiyyəti mülki əhalini təxliyə etməməyə qərar vermişdir.

Mülki şəxslərin Azərbaycan hərbçiləri tərəfindən  qalxan  olaraq  istifadə edilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8 (2) (b) (xxiii) maddəsinə əsasən müharibə cinayətinə bərabərdir.

“Xocalının Azərbaycan silahlı qüvvələrindən azad edilməsi zamanı baş verən hadisələr barədə Azərbaycan yalan iddialar yayaraq Azərbaycan cəmiyyətində ermənilərə qarşı isteriya və ermənilərə olan nifrəti  daha da alovlandırmaq üçün saxtalaşdırma və yanlış məlumat vermək siyasətini davam etdirir”- deyərək  Artsax XİN-nin  məlumatında bildirilir..

Daha çox göstər
Back to top button