BaşlıcaSiyasət

Bütün istiqamətlərdə aktiv xarici siyasət

Hayastani Hanrapetutyun qəzeti: “Keçən il Ermənistan xarici siyasətin əsas istiqamətlərində aktiv addımlar atıb və bunun nəticəsində əhəmiyyətli nailiyyətlər əldə edildi.

Ermənistanın əsas prioritetlərindən biri də danışıqlar prosesində Artsax statusunun və təhlükəsizliyinin təmin olunması idi. Bu barədə 2019-cu ildə ER hökumətinin apardığı xarici siyasətin yekunlarına dair parlamentdə Baş nazir Nikol Paşinyanın təqdim etdiyi hesabatda deyilir. Hesabata görə, Artsaxla bağlı danışıqlar çərçivəsində ER Baş naziri iki dəfə İlham Əliyevlə görüşüb: Yanvarın 22-də Davosda qeeyri-rəsmi görüş keçirilib, martın 23-də isə, Vyanada rəsmi müzakirə aparıldı.

Xarici işlər nazirləri səviyyəsində aparılmış müzakirələr də aktiv olub. İki ölkənin Xİ nazirləri 5 dəfə – Parisdə, Moskvada, Vaşinqtonda, Nyu Yorkda və Bratislavada görüşüblər.

Keçən il dövlətimizin xarici siyasətinin prioritetləri çərçivəsində Erməni Soyqırımının beynəlxalq tanınması və qınanması istiqamətində əhəmiyyətli addımlar atıldı. 2019-cu il aprel ayında üç ölkə Erməni Soyqırımını pisləyən qərar qəbul etdi. Fransa Prezidenti 24 apreli Erməni Soyqırımının milli anım günü olaraq tanınması haqqında fərman imzaladı. Bundan əvvəl, aprelin 10-da İtaliya parlamenti hökumətini Erməni Soyqırımını tanımağa çağırdı, aprelin 26-da isə, Portuqaliya parlamenti Erməni Soyqırımını tanıyan qətnamə qəbul etdi.

Dekabrın 10-da ABŞ-nın Senatı Erməni Soyqırımınıtanıyan və pisləyən qətnamə qəbul etdi, oktyabrın 30-da isə Nümayəndələr Palatasının oxşar qərarı verilmişdi”.

Daha çox göstər
Back to top button