BaşlıcaSiyasət

Dövlət katibinin müavini: ABŞ Ermənistan və Azərbaycanın dialoqu prosessini təmin etmək işində cəlb olunub

“Rusiya Xarici işlər nazirinin son zamanlar Almaniya, Fransa, Ukrayna və RF Xarici işlər nazirləri görüşündən sonra Donbasdakı vəziyyətlə əlaqədar bir sıra yararsız açıqlamalar verməsi ilə bağlı şərh etməyəcəyəm. Sadəcə onu deyim. ABŞ Ermənistanla Azərbaycan arasında dialoqun təmin olunması işində dərindən cəlb olunub”

Ermənistanda “Məxməri İnqilab”dan sonra  həyata keçirilən islahatlara, o cümlədən Konstitusiya Məhkəməsində referendum keçirmək və qanunsuz əldə edilmiş əmlakın müsadirə olunması təşəbbüsünə toxunan Corc Kent qeyd edib: “Bu gün nəyi ki, görürük sistem dəyişikliyinə doğru real addımlardır.

Məsələ ondadır ki,söz keçmişdə mühakimənin siyasi bir vasitə kimi istifadə edildiyi təqdirdə ədalətli məhkəmə sisteminin necə təmin ediləcəyindən gedir.

 Məncə,Ermənistanda məhkəmə sisteminin daha radikal  islahatı təklif olunur. Bizim tövsiyəmiz ən yaxşı məsləhət verə biləcək bir orqan olaraq Venesiya Komissiyasının tövsiyələrini bir orqan  kimi dinləməkdir ki, o da ən yaxşı  məşvərətedici ola bilər” .

Dövlət  katibinin  müavini  qeyd edib ki, ABŞ bu yolda Ermənistana dəstək olmağa çalışacaq.

Ümumiyyətlə, məhkəmə islahatı ölkənin demokratiyasında əsas rol oynayır”-deyərək  deyə Corc Kent əlavə edib.

“Sovet sistemindən öz vətəndaşlarına təzyiq göstərmək üçün istifadə edən iki qurum: məhkəmə və gizli polis olub.Və ölkələr həqiqətən də bu mirasdan yaxa qurtarmaq istədikdə, məhkəmə və təhlükəsizlik xidmətlərini islah etmələri lazımdır”.

Koronavirus infeksiyasının yayılması ilə bağlı narahatlıqlardan biri Rusiya və Çindən gələn idarə olunan yanlış məlumat dalğasıdır-deyə Corc Kent qeyd edib.

Xüsusilə, ABŞ-ın dəstəyi ilə Ermənistanda, Gürcüstanda, Ukraynada açılan biolaboratoriyalar barədə ciddi bir yanlış məlumat axını var. Bu biolaboratoriyaların məqsədi ölkələrə bioloji təhlükələrə qarşı durmaqda kömək etməkdir və indi də həmin ölkələrə xidmət  etməkdədir.

“Gürcüstanda, Ermənistanda, Ukraynada və Azərbaycanda bu laboratoriyalar vasitəsiylə testləşmə və mübarizə aparır”.

Halbuki, dezinformasiya qüvvələri, onun sözlərinə görə, bu laboratoriyaların infeksiyalar yaratdıqları və onlara qarşı mübarizə aparmamaları barədə yalan məlumatlar yaymağa çalışırlar.

“Rusiya bu köhnə yalanı təkrarən  yayır, Ermənistan, Gürcüstan və Ukrayna laboratoriyalarından danışır. Bu yalanın Rusiyanın təsiri altında olan siyasi qüvvələr və media tərəfindən necə yayıldığını görürük. Yenə də deyirəm, bu laboratoriyalarda koronavirus sınaqdan keçirilir, məhz bu laboratoriyalar  ölkələrə COVİD infeksiyasının yayılmasına qarşı mübarizədə yardım  edir”.

Daha çox göstər
Back to top button