Başlıcaİctimaiyyət

Ermənistanda daha 102 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər ölüb

Mayın 7-də Ermənistanda 102 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ümumi olaraq, 7 mayda koronavirusa yoluxanların sayı 2884-ə çatdı.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 28 017 test aparılıb. Son gün ərzində 1186 test aparıldı. Hazırda 1 648 nəfər müalicə alır.

Son məlumatlara əsasən, 1 285 nəfər sağaldı (son bir gündə 50 nəfər sağaldı), 42 nəfər vəfat etdi.

Daha çox göstər
Back to top button