BaşlıcaSiyasət

Paşinyan: “Heç kim bizi “doğru şeylər” deməyə məcbur etməz”

Münaqişənin bütün tərəfləri Qarabağ münaqişəsinin həllini istəməlidirlər. Bu barədə Ermənistan parlamentindəki hökumət saatı zamanı Baş nazir Nikol Paşinyan bildirib.

“Qərar bütün tərəflər üçün məqbul olmalıdır: Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün” –deyərək Baş nazir xatırlatdı.

“Azərbaycan Prezidenti ilə ünsiyyətdə olarkən mən hiss eidrdim onun məsələyə yanaşması  konstruktivdir və danışıqlarda vasitəçilər kimi – Rusiya, Fransa və ABŞ kimi məsələni həll etmək istədiyini hiss  etmişəm”-   deyərək Paşinyan bəyan edib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti danışıqlara və ilk növbədə Ermənistan və Qarabağ xalqlarının maraqlarını nəzərə almağa səlahiyyətlidir.

“Və  kimsə bizi qorxuda və  tələb edə bilməz “düzgün şeylər danışaq”. Bizə lazımdırsa onu da danışırıq. Heç kim bizi qorxutmur və bu ola da bilməz”-deyərək  Paşinyan əlavə edib.

O, Ermənistanın Qarabağ nizamlanması ilə bağlı mövqeyinin dəyişmədiyini vurğuladı.

Qarşılıqlı güzəştlər əsasında Qarabağ münaqişəsinin mərhələli şəkildə tənzimlənməsini təmin edən sənədlərin olub-olmaması ilə bağlı deputat Tiqran Urixanyanın aydınlaşdıran sualına cavab olaraq Paşinyan bu məsələ ilə bağlı dəfələrlə çıxış etdiyini və təkrarlamağın lazım olduğunu görmədiyini bildirdi.

Əlavə edib ki, Ermənistan rəhbərliyinin başqalarından asılı olmayaraq, öz baxışları var.

“Beləliklə,belə bir sənəd üzərində danışıqlar gedir ya yox? Adamlara deyin  sakitləşsinlər”- dedi Urixanyan.

Baş nazir ona cavab verdi: “Eyni şeyi yüz dəfə təkrar etmək olmaz. Mən daim narahat olanları rahatlandıra bilmərəm “.

Daha çox göstər
Back to top button