BaşlıcaBeynəlxalq

Tramp Patrik Hovakimyanı Milli Kəşfiyyat İdarəsinin Baş məsləhətçisi vəzifəsinə namizəd göstərdi

ABŞ prezidenti Donald Tramp Patrik Hovakimyanı Milli Kəşfiyyat İdarəsinin Baş məsləhətçisi vəzifəsinə namizəd göstərdi. Bu barədə Ağ evin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, hazırda Patrik Hovakimyan Ədliyyə Nazirliyində Baş Prokurorun müavini və Baş prokuror müavininin qərargah rəisi Cefri A. Rozenin yardımcısı vəzifəsindədir.

Bundan başqa, Hovakimyan Ədliyyə Nazirliyinin yanında xarici dövlətlər tələblərinin nizamanması komissiyasının üzvüdür. Onun namizədliyi prezident tərəfindən irəli sürülmüşdü və 2018-ci ildə Senat tərəfindən təsdiq edilmişdi.

Daha çox göstər
Back to top button