Başlıcaİctimaiyyət

Amnesty İnternational: AİHM Azərbaycanın məhkəmə sisteminin İsmayılovaya qarşı kampaniyada iştirakını sübut edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist v Xədicə İsmayılovanın Azərbaycan hakimiyyətindən verdiyi şikayəti təmin edərək, onun xeyrinə qərar çıxarıb.

AİHM belə bir nəticəyə gəlib ki, Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatın toxunulmazlığı hüququnu qoruya bilməyib, bu da onların Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə öhdəliyinə ziddir.

Bu barədə “Turan” İnformasiya Agentliyi xəbər verib.

Söz Azərbaycandakı hökümət yönümlü KİV-lərin 2012-ci ildə İsmayılovaya qarşı böhtan kampaniyasında fəal iştirakından gedir. Bu kampaniya onun mənzilində gizli kamera ilə çəkilmiş intim xarakterli videogörüntülərin yayılmasından gedir.

“Xədicə İsmayılovanın uydurma ittihamla həbs cəzası çəkməsi azmış kimi, o, hakimiyyət tərəfindən illərlə təqibə, şəxsi həyatına müdaxiləyə və dövlət KİV-lərində hücum kampaniyasına məruz qalıb”, deyə Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə araşdırmaçısı Natalya Nozadze bildirib.

“Avropa Məhkəməsinin qərarı eyni zamanda Azərbaycan hakimiyyətinin jurnalistə qarşı düşmənçiliyini göstərir”, deyə o əlavə edib.

“Azərbaycan hakimiyyətini məhkəmənin qərarını tam yerinə yetirməyə çağırırıq”, deyə o bildirib

Daha çox göstər
Back to top button