Başlıcaİctimaiyyət

Azərbaycanın Mədəniyyət nazirliyində xüsusi əməliyyat keçirilib: Nazir müvini saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət nazirliyinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirir. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəsmi məlumat yayıb.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir”- deyə məluatda deyilir.

DTX qeyd edir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sosial mediada yayılan məlumagta görə, mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb.

Daha çox göstər
Back to top button