BaşlıcaTəhlil

Azərbaycanda koronavirusla mübarizə müxalifəti susdurmaq üçün istifadə olunur

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi və elə görünürdü ki, seçkilərdən sonra bəzi inkişaflar və dəyişikliklər olacaq, amma dünyada qlopal pandemiyanın yayılması ilə əlaqədar bu proseslər baş vermədi. “Mənim adım” fraksiyasının üzvü Tatevik Hayrapetyan mövzu ilə bağlı müsahibəsində qeyd edib ki, parlament hələ ki, öz normal işlərinə başlamadı və vəziyyət dondurulmuşdur. Ancaq, eyni zamanda korrupsiyada və rüşvət almaqda günahlandırılan yüksək vəzifəli şəxslər arasında “səs-küylü” həbslər baş verir.

Tatevik Hayrapetyanın fikrincə, belə proseslər zaman-zaman baş verir və hazırda da koronavirusla əlaqədar neft qiymətlərinin düşməsi və ağır iqtisadi vəziyyət hakimiyyəti guya korrupsiya və rüşvətlə mübarizə etdiklərini göstərməyə məcbur edir, lakin bu yalnız ictimaiyyətin gözünə kül üfürmək siyasətidir.

Hayrapetyan qeyd edib ki, hazırda dərin siyasi proseslər getmir və ölkənin Xİ nazirinin və müdafiə nazirinin dəyişdirilməsi ilə bağlı dünışmalar yalnız sözlərdir.

O həmçinin xatırlatdı ki, Xİ naziri Elmar Məmmədyarovun vəzifəsindən getməsi ilə bağlı danışmaları yeni deyildir və zaman-zaman məybuatda bu cür söhbətlər görünürlər. Hayrapetyanın sözlərincə, bu kontekstdə Xİ nazirinə qarşı aparılmış son təbliğat olduqca təşkil edilmişdi, çünkü sadəcə mətbuat deyil, deputatlar da bu barədə danışırdılar.

Hayrapetyan vurğuladı ki, Bakı olduqca gözlənilməz bir rəqib olsa da, daxili və xarici vəziyyətə baxsaq, deyə bilərik ki, Bakı hazırda hərbi macəralara getməz, çünki Bakı üçün bu olduqca riskli ola bilər. O həmçinin qeyd edib ki, Azərbaycanda koronavirusun yaratdığı vəziyyətdən istifadə edərək müxalifəti susdurmağa çalışırlar və bu barədə AŞPA həmməruzəçiləri, Human Rights Watch beynəlxalq hüquq müdafiəçi təşkilatı da bəyanatlar vermişdirlər.

Azərbaycan müdafiə nazirinin son bəyanatına gəlincə isə, Hayrapetyan qeyd edib ki, S, Lavrova cavab olaraq Z. Mnatsakanyanın etdiyi bəyanatdan sonra Azərbaycan cəmiyyətində etiraz dalğası başlamışdı. Onlar Azərbaycanı müharibəyə çağırırdılar və ölkə hakimiyyəti Z. Həsənovun dili ilə növbəti  döyüşçü bəyanatını səsləndirməyə qərar verdi ki, cəmiyyəti sakitləşdirsin.

Daha çox göstər
Back to top button