BaşlıcaSiyasət

Ermənistan üç pilləli hava hücumundan müdafiə sisteminin formalaşmasını başa çatdırdı

Rəqibin  ərazilərində Ermənistan Silahlı qüvvələri üçün əlçatmaz olan başqa bir nöqtə artıq yoxdur.

2019-cu il Ermənistanın müdafiə sektoru üçün ciddi əldə olunmalar ili oldu. “Mənim addımım” fraksiyasının üzvü və Müdafiə və Təhlükəsizlik üzrə Daimi komitəsinin üzvü Tiqran Karapetyan mayın 7-də parlamentdə hökumətin 2019-cu il proqramının icrası və nəticələri barədə hesabatın müzakirəsi zamanı belə bir bəyanat verib.

“Ermənistan tarixində ilk dəfə olaraq, müasir qırıcı döyüş aviasiya əldə edildi. İlk dəfə olaraq, ER Silahlı qüvvələri hərbi əməliyyatları planlaşdırarkən düşmən ərazilərində əlçatmaz bir nöqtəyə sahib olmaq imkanı əldə etdi.

ER  Silahlı qüvvələri S-300 sistemləri ilə birlikdə üçqatlı zenitdən müdafiə sisteminin formalaşmasını başa çatdırdı, hava hücumundan müdafiə imkanlarımız düşmənin istənilən hədəfinə zərbə endirməyə qadirdir”-deyə Karapetyan qeyd edib.

O, həmçinin qeyd edib ki,ötən ilin əlamətdar uğurlarından birinin Tor-M2KM və Osa-AK zenit-raket sistemlərinin olduğunu bildirdi. Ondan başqa il ərzində ön xətlərdə ciddi mühəndislik işləri aparılıb.

 Hərbi sənayeyə gəlincə,  deputat bu gün Ermənistanın bir neçə il əvvəl uzaq bir yuxu kimi görünən özistehsalatı olan silahlarına və  silahlandırmalarına sahib olduğunu vurğuladı.

Xatırladaq ki, 2020-ci il büdcəsi ilə Ermənistan hökuməti hərbi-sənaye kompleksinin maliyyələşdirilməsini 14% artırmışdır.

Eyni zamanda, Hərbi-Sənaye Komitəsi Müdafiə nazirliyinin deyil, Yüksək Texnoloji Sənaye nazirliyinin səlahiyyətindədir,o da  yalnız sektorun inkişafı ilə deyil, həm də ixrac problemləri ilə məşğul olmalıdır.

Daha çox göstər
Back to top button