Başlıcaİctimaiyyət

Ermənistanda daha 145 nəfərdə koronavirus aşkarlanıb

Mayın 8-də Ermənistanda 145 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ümumi olaraq, 8 mayda koronavirusa yoluxanların sayı 3 029-a çatdı.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 29 205 test aparılıb. Hazırda 1 758 nəfər müalicə alır.

Son məlumatlara əsasən, 1 218  nəfər sağaldı, 43 nəfər vəfat etdi.

Daha çox göstər
Back to top button