Beynəlxalq

“Sərhədsiz reportyorlar” Azərbaycanda reportyora hücumu araşdırmağı tələb ediblər

“Azərbaycanda reportyor Zaur Qəmbərov Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy şöbəsinin rəhbəri və onun sürücüsü tərəfindən döyülüb. Hücuma səbəb COVİD 19 pandemiyası dövründə yardımın ədalətli paylanmaması haqqında video olub. Hadisə araşdırılmalıdır. Cəzasızlığa yox deyirik!”, bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatının Twitter hesabında deyilir.

Xatırladaq ki, hadisə mayın 4-də baş verib. Reportyor vətəndaşların şikayətlərini araşdırmaq üçün Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinə gedib. Amma şöbə müdiri E.Xudaverdiyev və onun sürücüsü İ.Qələndərov ona hücum edib. Hücuma pandemiya dövründə humanitar yardımın paylanması haqqında tənqidi video səbəb olub.

Daha çox göstər
Back to top button