BaşlıcaSiyasət

Təhlükəli deyildir: ER Müdafiə naziri orduda koronavirus hadisələri barədə

ER SQ-də həm yoluxan, həm də təcrid olunanlar var. Məlumatı Yerablurda News.am ilə söhbət zamanı  Müdafiə naziri Davit Tonoyan bildirib.

“Həm də riskli yaşda olan şəxsi heyətimiz var. Onlar evdə qalırlar. İzolyasiya və özünü təcrid sayında azalma var. Düşünürəm ki, hava istiləşdikcə hadisələr azalacaq. Təhlükəli heç nə yoxdur. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları  arasında belə hal demək olar ki, yoxdur. Pnevmoniya hallarıyla hadisələr çox azdır”- deyə Tonoyan qeyd edib.

Nazirin sözlərincə, Silahlı qüvvələrində ümumi olaraq Yerevana yaxın və keçmiş ocaqların hərbi hissələrində  iyirmi hal qeydə alınıb və təhlükəli olmayan, hətta mülayim olmayan yalnız  3 ağırlaşma var.

Xatırladaq ki, martın 25-də döyüş məsələlərində iştirak etməyən hərbi hissənin üç hərbçisindən nümunələr götürülmüşdür. COVID-19 testi nəticəsində  üç hərbçi də koronavirusa yoluxmuşdur.

ER Silahlı Qüvvələrində geniş miqyaslı qabaqlayıcı tədbirlər görülür. İnfeksiyanın  qarşısını almaq üçün bütün hərbi hissələrə sərt məhdudiyyətlər qoyulur və hərbçilərin sağlamlığının gündəlik monitorinqi aparılır.

Daha çox göstər
Back to top button