BaşlıcaSiyasət

Aprelin 25-də KTMT-nin rəsmi saytında aşağıda təqdim etdiyimiz Böyük Vətən müharibəsində Ermənistan və erməni xalqının rolu haqqında məqalə dərc edilmişdir

Ermənistanın hər beşinci sakini cəbhəyə yollanıb…

“Faşizmə qarşı mübarizədə adi insanlardan tutmuş marşala qədər ermənilər cəsur döyüşçülərin silinməz şöhrəti ilə adlarını əbədiləşdirdilər”.

Georgi Jukov, Sovet İttifaqının marşalı

Bütün sovet xalqları kimi Ermənistan üçün də gözlənilmədən müharibə başladı. Ermənistanın 20-ci əsrin əvvəllərində üzləşdiyi bütün sınaqlardan iyirmi ildən az vaxt keçmişdir. Ölkə  hələ  yenicə bərpa olunmağa başlamışdı, sənaye və kənd təsərrüfatı geniş vüsət alırdı. Ermənistan həmişəkindən daha çox sülhə və sabitliyə ehtiyac duyurdu. Ancaq düşmən vətənə basqın etdi və dünənki kənd sakinləri, mühəndislər, tələbələr və işçilər Qırmızı Ordu sıralarına qoşuldular.

Sovet Ermənistandakı ümumi səfərbərlik söylənilməz bir  ruhla qarşılandı, vətənpərvərlik və vətəni qorumaq istəyi hər yerdə hökm sürürdü. Demək olar ki, Ermənistanın hər beşinci sakini cəbhəyə getdi. Müharibə boyu Ermənistan SSR-dən 300 mindən çox  hərbiçi Sovet Ordusuna, 200 mindən çox erməni isə başqa Sovet respublikalarından tərxis edildi.

 Qırmızı Ordunun sıralarında ermənilər dəniz və quru qoşunlarında, mexaniki və arxa hissələrdə, aviasiya və süvarilərdə vuruşurdular. Anti-Hitler koalisiyasına daxil olan 100 mindən çox erməni, əksəriyyəti Fransa ordusunda, təxminən 20,000 ABŞ ordusundaydı. Ermənistan əhalisinin 1/7 hissəsi olan 200 mindən çox erməni müharibədən qayıtmadı.

6 erməni milli diviziyası Böyük Vətən müharibəsində iştirak etdi, onlardan beşi müharibənin başlanmasından dərhal sonra yaranmışdır.Qeyd edək ki,76-cı artileriya  diviziyası (Voroşilov adına Qırmızı Bayraq ordeni, Vitebsk 51-ci qvardiya diviziyası, Lenin ordeni) 1922-ci ildə Yerevanda  yaranmışdır. Divizya sıralarında  marşallar Hovannes  Bağramyan və Hamazasp Babacanyan  öz xidmətlərini  keçirmişlər.

  Müharibənin əvvəlində həmin diviziya  İran ərazisində  xüsusi tapşırıqlar aparıb sonra Stalinqraddan Baltik Cəbhəsi və Belarusa qədər hərbi yolu keçərək minə yaxın yaşayış məntəqəsini azad  etmişdir.

Məşhur 89-cu Tamanyan Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz Medalı motoatıcı diviziyası 1941-ci ildə Yerevanda  dekabr ayında formalaşıb. Diviziya Sevastopol, Balaklava, Kerç şəhərlərinin azad olunmasında iştirak edərək Qafqazın ətəyində hərbi əməliyyatlara başlamışdır.. Taman  yarımadasındakı qəhrəmanlığına görə bölmə şərəfli “Tamanyan” adlandırıldı.

Müharibə boyu Tamanyanlar  900-dən çox yaşayış məntəqəsini azad etdi. General-mayor Nver Safaryanın komandanlığı ilə 89-cu Diviziya SSRİ sərhəddini ilk olaraq  yararaq Polşa ərazisindən keçdi və  1945-ci ilin  yazında Üçüncü Reyxin paytaxtına  daxil oldu.

Bölmə Berlindəki Alman qarnizonunu məğlub etdiklərinə görə ikinci dərəcəli Kutuzov ordeni ilə təltif edildi. 89-cu Diviziya döyüşçülərinin qardaş qəbiristanlığının yerləşdiyi Balaklavada SSRİ-nin  vəsaitləriylə  Tamanyanlar şərəfinə abidə ucaldıldı.Taman xalqına abidə qoyuldu.

1941-ci ildə Kerç uğrunda gedən döyüşlərdə də iştirak etmişdir. Sentyabrda 390-cı Erməni motoatıcı diviziyası yaradılmışdır. Diviziyanın döyüşçüləri Krımda cəsarət və dözümlülüklə önə çıxaraq  daha da gözə çarpacaq oldular.

408-ci motoatıcılıq  diviziyası 1941-ci ili avqustunda  yaradılıb. Döyüşçülər Novorossiysk və Tuapsedə qızğın döyüşlər  keçirmişdir.1942ci ilin oktyabrında mühasirədə olan zaman diviziya minlərlə düşmən qüvvəsinə müqavimət göstərərək mühasirəni yara bildi.Diviziya qələbəsini Elbada qeyd etdi.

409-cu motoatıcı “Kirovogradyan-Bratislava”  Qırmızı Bayraq daşıyıcısı, Boqdan Xmelnitski  II Səviyyə Diviziyası 1941-ci ilin avqustunda   təşkil olumuşdur.

1942-ci ilin dekabr ayına qədər  diviziya, dövlət sərhədini Türkiyənin basqınından müdafiə edib, sonra Çeçen-İnquş Sovet İttifaqı, Stavropol və Krasnodardakı döyüşlərdə iştirak  etmişdir. Diviziya  Macarıstanın azad edilməsində iştirak edib və Bratislavanın azad edilməsi uğrunda döyüşdə önə çıxmışdır. Müharibənin sonunda  diviziya döyüşçüləri təntənəli paradla Vyanaya girmişdir..

261-ci  motoatıcı diviziyası 1942-ci ilin payızında   formalaşmışdır. Onun qarşısında Sovet-Türkiyə sərhədini qorumaq vəzifəsi  dururdu.

Milli hərbi hissələrin  təşkili ilə yanaşı, Ermənistan ərazisində 8 bölmə  təşkil edilmişdir. Bundan əlavə, Böyük Vətən müharibəsi dövründə 85 mindən çox çağırışçı Ermənistanda hərbi təlim keçmişdir. Ermənistan cəbhə bölgəsi sayıldığından və dövlət sərhədinin xeyli hissəsi öz ərazisindən keçdiyindən düşmən tərəfindən işğalın qarşısını almağa yönəlmiş kadr hazırlığına xüsusi diqqət yetirilirdi.

Faşist işğalçılarına qarşı cəsarətlə vuruşan erməni döyüşçüləri Böyük Vətən Müharibəsinin bütün əsas döyüşlərində və hərbi əməliyyatlarında iştirak etmişdir. Moskvanın müdafiəsində minlərlə erməni döyüşçüsü iştirak edib və Sovet İttifaqının gələcək marşalı Hovhannes Baqramyansa  Cənub-Qərb cəbhəsinin sağ qanadına rəhbərlik  edirdi.

Stalinqrad döyüşündə 30.000 erməni iştirak edib, onların üçdə biri döyüşdə  həlak oldu.Kursk döyüşündə 10 min erməni döyüşçüsü iştirak etmişdir. Kursk döyüşləri zamanı Baqramyan və gələcək aviasiya marşalı Sergey Xudyakovun (Armenak Hanperyants) komandir istedadı da aşkara çıxdı. 100 mindən çox erməni Qafqazda Kerç və Krımın azad edilməsi uğrunda vuruşmuşdur. Ukraynanın azad edilməsində 80 min erməni iştirak edib, 50 min nəfər Belarusiyada döyüşmüş və bu döyüşlərdə 45.000 erməni  həlak olmuşdur.

Erməni bölmələri və erməni döyüşçüləri Sovet qüvvələrinin tərkibində, ölkələri və xalqları faşist boyunduruğundan azad edərək qələbə paradı ilə Avropaya  daxil oldular.Çoxları şanlı  yollarını Varşava, Praqa və Vyanada başa vurdular. Şanlı Tamanyan bölməsinin döyüşçüləri dağıdılan Reyxstaqın divarları altında milli  “Köçəri”ni rəqs edərək Berlinin  zəbtini qeyd etdilər.

Müharibə zamanı erməni milləti Sovet İttifaqına 5 Zəfər Marşalını verdi: Sovet İttifaqının marşalı Hovhannes Baqramyan, Sovet Hərbi Dəniz Qüvvələrinin admiralı İvan Isakov (Hovhannes Isahakyan), Sovet Silahlı Qüvvələrinin marşalı Hamazasp Babacanyan angeryan, Ermənistan Hava Qüvvələrinin generalı Sergey Xudyakov (Armenak  Xamperyants)  mühəndislik işləri üzrə marşal  Serqey Skanov.

Marşal Bağramyan Birinci  Yaxın Baltik komandiri, sonrasa Üçüncü Belarus əbhəsinin komandiri  olub. 60-dan çox erməni generalı üç ordu komandiri və üç korpus komandiri də daxil olmaqla müharibənin bütün cəbhələrində komandanlıq postları tutmuşdur. Müharibənin sonunda 83 zabit general rütbəsi almışdır.

Müharibədə iştirak etdiklərinə görə 66 mindən çox erməni müxtəlif dövlət mükafatlarına layiq görülmüşdür. 107 hərbiçilər  və zabitlər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Hovhannes Bağramyan və Nelson Stepanyan ikiqat qəhrəman adına layiq görülüblər. 27 erməni Şöhrət Cəngavəri oldular. Ermənistan müharibə illərində SSRİ qəhrəmanları arasında 6-cı yeri tutub.

Ermənilər  nəinki yalnız nizami birləşmələrin komandiri və döyüşçüləri kimi tanındılar, eyni zamanda Sovet İttifaqına, Avropa ölkələrində partizan sıralarına və müqavimət qüvvələrinə əhəmiyyətli töhfələr verdilər. Fransadakı Aleksandr Qazaryanın partizan alayında 1200 erməni olub və Fransız müqavimət hərəkatının üzvü Misak Manuşyan Fransanın Milli qəhrəmanı  fəxri ada  layiq görülüb.oldu.

Erməni casusları müharibənin qələbəsinə xüsusi töhfələr verdilər. Kəşfiyyat tarixində  Gevork Vardanyan qrupunun şücaətləri tarixə qızıl hərflərlə yazıldı,  onun sayyəsində faşistlərin 1943-cü ilin noyabr ayında Tehran konfransında iştirak edən dövlət başçılarını məhv etmək planı  süquta yetirilmişdir.. Əməliyyatı Tehrandakı sovet kəşfiyyatının rəhbəri İvan Ağayants  sistemləşdirib.

Cəbhəyə silah-sursat və ərzaq verən insanların fədakar əməyindən bəhs etmək mümkün deyil. Erməni fabrikləri cəbhə üçün strateji ehtiyaclar istehsal etdi: rezin, mis, karbid, alüminium və s. Hərbi silah, döyüş sursatı, partlayıcı maddələr və rabitə vasitələri istehsalı ardıcıl xarakter daşıyırdı. Müharibə dövründə Ermənistanda 30-a yaxın fabrik, 110 emalatxana və atelye istifadəyə verildi. Ölkədə cəbhəyə  vacib olan 300-dən çox növ mal  istehsal olunaraq  göndərilirdi.

Mədəni irsi talançılıqdan, yıxılmaqdan və məhv olmaqdan xilas etmək bir çox mədəniyyət və elm xadimlərinin vəzifəsinə çevrilmişdir. Leninqradda Dövlət Ermitajının direktoru, akademik-Şərqşünas Hovsep Orbeli, eksponatların köçürülməsini bir neçə gündə təşkil etdi və bununla da təsviri sənət və tarix abidələrinin qiymətli şah əsərlərini xilas etdi. Nürnberq sınaqları zamanı Hovsep Orbelinin ifadələri faşistlər tərəfindən mədəni dəyərlərin qəsdən məhv edilməsinin sübutu oldu.

1945 9 May 1945-ci ildə  Yerevanda olan mərkəzi Lenin meydanı böyük universal qələbənin şərəfinə bayram atəşfəşanlığı ilə yandırıldı. Erməni milləti faşizm üzərində qələbə faktoru sevincini təmtəraqla  bölüşdü.

Azadlıq qəhramanlarının  xatirəsini qorumaq və onlara hörmət etmək ümumi qələbəmizin ən vacib  dəyərlərindəndir.Bu gün Böyük Vətən Müharibəsi iştirakçılarına verilən altı yüz abidə Ermənistan Respublikası ərazisində dövlətin himayəsindədir. Erməni xalqı bütün qəhrəmanlarını  ehtiramla  yad edir və  onlarla qürur duyur. 

Bütün  qəhramanlarımıza  eşq olsun.Onların   əbədi xatirələri daima  qəlbimizdə yanar qalacaq.

Daha çox göstər
Back to top button