BaşlıcaSiyasət

Araks çayı üzərində İran-Artsax körpüsü Bakıda yeni qalmaqala səbəb olub

 Azərbaycanda  Araks çayı üzərində  Artsaxla sərhəddə İran tərəfindən Xudavər  Hidro  Enerji stansiyası-nın və  körpünün  inşaası üzərində  Azərbaycanda  ehtiraslar  sakitləşmək bilmir.

Azərbaycan Demokratik Qüvvələrinin milli şurası Azərbaycan hakimiyyətini Artsaxda “İran-erməni əməkdaşlığına” güzəştə getməkdə ittiham edir.

Bəyanatda qeyd olunur ki, 2016-cı ildə Azərbaycan  və İran arasında hidrostansiyaları və HES- inşaatımüqaviləsinə baxmayaraq,İran tərəfinin Araks çayı üzərində körpülər inşa edildiyi bildirilib. Demokratik qüvvələr şurası öz hökumətinin razılığını “Azərbaycanın milli və dövlət maraqlarına xəyanət” kimi qiymətləndirir.

Trend-ə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, Xudavəri və Qız qalası Cəlas  hidro elektrik stansiyalarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi ən yüksək səviyyədə tənzimlənir. Sazişə görə  bu su elektrik stansiyalarının qorunmasının üçüncü tərəfə  verilməsi qadağandır.

“1988-ci ildə Sovet İttifaqı ilə İran arasında uzunmüddətli saziş imzalanmış, buna görə Xudavər və Qız qalası su elektrik stansiyaları və bir su elektrik stansiyası tikmək qərara alınmışdır.

1992-ci ildə layihələr yenidən işləndi. Ermənistanın  Azərbaycan ərazilərini işğal etdikdən sonra , Azərbaycan ilə İran arasındakı əməkdaşlıq dayandırıldı. Sonrakı dövrdə yalnız İran inşaat  həyata keçirib”  – deyərək  deputat qeyd eib.

Bu məsələ dəfələrlə Bakının narazılığına səbəb olmuşdur. 2007-ci ildə İranın Energetika Naziri Bakıda  bəyan etmişdirik ki, “yaxın vaxtlarda Azərbaycan ərazilərinin azad edilməsi məsələsi həll olunmasa, İran Ermənistanla birlikdə su elektrik stansiyasının inşasına başlayacaq”.

Onun  sözlərini Azərbaycan mətbuat vasitələri yayıb. Həmçinin qeyd edilirdi ki, Azərbaycan prezidenti Əliyev İran Prezidenti Mahmud Əhmədinejadın Bakıya səfərindən  öz narazılığını ifadə edib.

2009-cu ilin əvvəlində İran mətbuat vasitələri  bildirdilər ki,hökumətin Azərbaycanda yeni narazılığa səbəb olan HES avadanlıqlarının alınması üçün vəsait ayırmaq barədə qərarına gəlib. Bununla belə 2010-cu ilin  yazında  HES su ambarı  artı doldurulmuşdur.

2016-cı il fevral ayının sonlarında, aprel döyüşlərindən bir ay əvvəl, Əliyev Tehrana getdi və Qarabağda erməni və İran tərəfindən inşa edilən su elektrik stansiyalarının Azərbaycana mənsub olacağını bildirən yeni bir müqavilə imzaladı, ancaq “ərazi bütövlüyünün” bərpa  olunmasından sonra.

Aprel müharibəsi zamanı Azərbaycana həmin əraziyə nəzarəti təstiqləmək nail olmadı və İranın  erməni tərəfi ilə səssiz əməkdaşlıq şəraitində tikintini davam etdirməkdən başqa çarəsi qalmadı.

Daha çox göstər
Back to top button