Bütün Xəbərlər

Azərbaycanda iqtisadi böhran davam edir: Lider Tv bütün əməkdaşlarını işdən çıxardı

Ermənistanın İctimai Radiosu Azərbaycan KİV-lərinə istinadən xəbər verir ki, Lider TV-nin bütün əməkdaşlar işdən çıxarılıb.

Kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Telekanal əməkdaşları da bu tapşırığa sözsüz əməl etmək zorunda qalıblar. İşdən çıxarılanlar artıq digər yerlərə iş üçün müraciət ediblər. Çünki onlara yenidən kanala qaytarılmayacaqları bildirilib.

Telekanal əməkdaşlarının sözlərinə görə, bu qərarın verilməsinə səbəb Lider TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq işçiləri işdən kənarlaşdırmağı uyğun bilib.

Daha çox göstər
Back to top button