Başlıcaİctimaiyyət

Ermənistanda daha 79 nəfərdə koronavirus aşkarlanıb

Mayın 11-də Ermənistanda 79 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ümumi olaraq, koronavirusa yoluxanların sayı 3 392-ə çatdı.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 32 561 test aparılıb. Hazırda 1 970 nəfər müalicə alır.

Son məlumatlara əsasən, 1 359 nəfər sağaldı, 46 nəfər vəfat etdi.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button