Başlıcaİctimaiyyət

Tibbi işçilərini aldadıb, pullarını düzgün vermirlər

ADR sədri Qubad Ibadoğlu qeyd edir ki, Azərbaycanda tibbi işçilərini aldadıb, pullarını düzgün vermirlər. Xüsusilə deyilir:

“Onların əmək haqqına əlavələr aylıq deyil, növbədə olduqları günlərin sayı əsasında aparılır.

Mart ayında onlara orta hesabla 60 manat , birdəfəlik ödəminin 30 faizi qədər vəsait ödənilib.

Bu il mart ayının 18-də İlham Əliyevin imzaladığı 1947 nömrəli Sərəncamda koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulurdu. Bu sərəncamın icrasını təmin etmək məqsədilə 25 mart 2020-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar verib ki, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə edilsin.

Lakin, mənə edilən müraciətlərdən məlum olur ki, Nazirlər Kabinetinin qərarında sadalanan kateqoriyaya uyğun gələn dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələr nəzərdə tutulan məbləğdə edilməyib. Belə ki, onların əmək haqqına əlavələr aylıq deyil, növbədə olduqları günlərin sayı əsasında aparılır. Bu isə ödəniləcək əlavə məbləğin azaldılmasına hesablanıb.


Hesab edirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi izahat verməlidir.
Eyni zamanda fədəkar tibb işçiləri məndən onların qarşılaşdığı problemi ictimailəşdirməyi xahiş edirlər. Odur ki, mən də sizlərdən və mətbuatdakı dostlardan xahiş edirəm ki, bu məlumatı paylaşmaqla və dərc etməklə ictimailəşdirin. Xahişimə diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirəm”.

Daha çox göstər
Back to top button