BaşlıcaEkonomika

Azərbaycanda daha iki bank bağlanıb

Azərbaycanda mayın 12-də daha 2 bankın – “AGBank” və “NBC Bank”ın lisenziyası ləğv edilib. Məlumatı  Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Mərkəzi Bankın açıqlamasında deyilir ki, Azərbaycan Respublikası Qanununun 57.1 və 57.3-cü maddələrinə uyğun olaraq Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarıyla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunmuşdu. Bu bankları idarə etmək üçün bütün səlahiyyətlər, o cümlədən bankın səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya verildi.

İnfoteka24 bildirir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bankların maddi vəziyyətinin pisləşməsi çoxdan başlamış və onlar əmanətçilərin pullarını geri qaytara bilmirlər.

Daha çox göstər
Back to top button