Başlıcaİctimaiyyət

DTX: Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri çoxsaylı qanunazidd əməllərə yol verib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyindəki həbslərlə əlaqədar rəsmi məlumat yayıb.

Press-relizde deyilir, daxil olan məlumatlar əsasında aparılan araşdırmalar zamanı müəyyən edilib ki, nazir müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması və Bərpası Dövlət Xidmətinin rəisi Zakir Sultanov çoxsaylı cinayətlər törədiblər.

R.Bayramov və Z.Sultanovun evlərində aparılan axtarış zamanı onlardan aldıqları pullara dair qeydlər, müxtəlif valyutalarda pul vəsaitləri və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Z.Sultanov tarix və mədəniyyət abidələrinin bərpası, yenidən qurulması və qorunması üçün ayrılan dövlət vəsaitinin bir hissəsini sistemli şəkildə mənimsəyib.

Cinayət işi çərçivəsində mədəni irs sayılan memarlıq binalarının yenidən qurulması işlərinə icazə verilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə halları araşdırılır.

Məhkəmənin qərarı ilə hər iki nəmur 4 ay müddətinə həbs edilib.

Daha çox göstər
Back to top button