Başlıcaİctimaiyyət
Ermənistanda daha 146 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 146 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 538-ə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 47-yə çatıb.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 33 313 test aparılıb. Hazırda 2 042 nəfər müalicə alır. 1 430 nəfər sağaldı.