Başlıcaİctimaiyyət

Helsinki Komissiyası Azərbaycanı vətəndaşlarının hüquqlarını məhdudlaşdırmaqda ittiham edib

Azərbaycanda hakimiyyətin müxalifətə, aktivistlərə və jurnalistlərə qarşı təqib və təzyiqləri artırmasıyla əlaqədar Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Azərbaycan hökuməti cərimələr, həbslər, təqiblər, işgəncələr vasitəsilə öz xalqının söz, fikir və ifadə azadlığını məhdudlaşdırmaqda davam etməsi barədə məlumatlar dərin narahatlıq doğurur.

“Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri və başqa fəalların, reportyorların ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadəyə son qoymalıdır.

Son həftələrdə Azərbaycan hakimiyyəti ölkənin əsas müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) və müxalif “Azadlıq” qəzetinə bağlı şəxsləri həbs edib, istintaqa cəlb edərək dindirib, cərimələyib, işgəncələrə məruz qoyub”,- deyə bəyanatda qeyd olunr.

Daha çox göstər
Back to top button