BaşlıcaSiyasət

Artsaxda nə müharibə, nə də sülh: 26 il əvvəl Bişkək sazişi necə bağlanıb

Ermənistanın keçmiş Müdafiə nazirinin sözlərinə görə, atəşkəs dövründə münaqişə tərəflərindən heç biri həyat əhəmiyyətli  olacağına əmin deyildi.

Aşot Safaryan: Qarabağ münaqişəsi zonasında atəşkəsin elan olunmasından 26 il ötüb. İndiyəcən “nə müharibə, nə də sülh” vəziyyəti davam edir, lakin heç kim qoşunları dağıtmağa hazır  olmayıb və indi də hazır deyil.

 Bu gün atəşkəs razılaşmasıyla əlaqəli adamlar deyirlər ki, o anda heç kim hətta o qədər də mükəmməl olmayan bir  barışığın bu günəcən  olacağını gözləmirdi.

Keçmiş Ermənistanın Müdafiə naziri və 1994-cü ilin may ayında MDB birləşmiş silahlı qüvvələrinin Baş komandanlığının  Baş qərargah rəisinin müavini, general-leytenant Vağarşak Harutyunyan müharibə dövründə hərbi əməliyyatların dayandırılması ilə bağlı bir çox müqavilələrin imzalandığını xatırlayır.

General 1994-cü ilin mayında imzalanmış Bişkək Protokolunun müəlliflərindən biridir. Sputnik Armeniya -ya verdiyi müsahibəsində,oxşar  müqavilələrin 1992-ci, 1994-cü və  həmin 1994-cü ilin fevralında imzalandığını qeyd edib. Ancaq hər dəfə müxtəlif səbəblərdən həyata  keçirilməyib.

“Həmin zəncirdə may  müqaviləsi müstəsna oldu.

Ancaq səmimi deyim ki, o vaxt heç kim atəşkəsin bu qədər uzun müddətə davam edəcəyinə inanmırdı. Acı təcrübəyə əsaslanaraq möhkəm bir sülh olduğuna əmin deyildik.  Müqavilənin hazırlanmasının bütün mərhələlərində iştirak  etmişəm və bu atmosferi çox yaxşı bilirəm. Bişkəkdən bir müddət sonra Azərbaycan tərəfi razılaşmadan yayınmaq istədi”-deyərək Harutunyan qeyd etdi.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti danışıqlara gedərkən,  Dağlıq Qarabağ ətrafındakı əraziləri geri qaytaracağına və özünümüdafiə qüvvələrinin 1988-ci il sərhədinə qayıdacağına ümid edirdi. Lakin bunun baş tutmayacağını anlayarkən imtina etməyə çalışdılar.

Bu, artıq 1994-cü ilin mayında idi. Lakin vasitəçilərin (Rusiya tərəfi) qətiyyəti və Yerevan və Stepanakertin mövqelərinin sabitliyi öz işini gördü.Nəticədə sənəd əvvəlcədən nəzərdə tutulduğu kimi də imzalanmışdır.

Harutyunyan hesab edir ki, bu tarixin bəzi texniki dəqiqləşdirmələrə ehtiyacı var. Bir çoxları, o cümlədən siyasətçilər səhvən  düşünürlər ki, atəşkəs sənədi mayın 12-də imzalanmışdır. Əslində bu belə deyil.

1994-cü il mayın 5-də  Bişkəkdə Ermənistan parlamentinin o vaxtkı spikeri Babken Ararktsyan,Azərbaycan parlamentin spikeri Rəsul Quliyev və Artsax parlamentinin sədri Karen Baburyan tərəfindən üçtərəfli protokol imzalanmışdır.

Sonra, mayın 9-da, 10-da və 11-də  RF xüsusi   tapşırıqlar üzrə səfiri Vladimir Kazimirov münaqişə tərəflərinə müvafiq sənəd göndərdi, orada mayın 12-də hərbi əməliyyatların dayandırılması təklif edilmişdir.

Ermənistan, Artsax və Azərbaycanın Müdafiə nazirlərisə  razılaşmanı  mayın 16-da müvafiq xəritəylə (qoşunların mövqelərini göstərən) və əlavələrlə imzaladılar.

Moskvanın vasitəçilik səylərindən danışan Harutyunyan, Rusiya diplomatiyasının vəziyyətin sabitləşməsinə çalışdığı fakta  diqqət yetirməyi zəruri sayır. Keçmiş  Müdafiə naziri iddia edir ki, Moskva nə o zaman nə də indi əraziləri güzəştə getməkçün təzyiq göstərməyib.

O, əmindir ki, Rusiya heç vaxt Ermənistanı zəiflətməkdə maraqlı oolmayıb.Moskva çox yaxşı başa düşür ki, birtərəfli güzəştlər hərbi əməliyyatların yenidən başlamasına səbəb olacaq və onlar sülhün qarantı deyillər. Rusiyaya, ümumiyyətlə Cənub sərhəddində münaqişə lazım deyil.

Daha çox göstər
Back to top button