Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 2693-ə çatıb

Azərbaycanda 104 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 1 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 2 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202 282 test aparılıb.

Daha çox göstər
Back to top button