Başlıcaİctimaiyyət

Dövlət Təhlükəsizlik Xidməti Dövlət Sərhəd Xidmətində rüşvətxorları tutur

Mayın 13-də günorta saatlarında Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Turan agentliyinə əsasən, bu barədə DTX və Baş Prokurorluğun birgə məlumatında deyilir. Amma bu qanunazidd əməllərin nədən ibarət olduğu açıqlanmır.

Qeyd edək ki, DTX-nin korrupsiyaya qarşı əməliyyatları artıq, demək olar ki, gündəlik keçirilir və ictimaiyyət növbəti rüşvətxorun harada tutulacağı barədə təxminlər irəli sürməyə başlayıb.

Daha çox göstər
Back to top button