ArtsaxBaşlıca

Edəcəyimiz daha çox şey var. Arşavir Ğaramyan istefa verib

Artax Respublikasının Təhlükəsizlik Şurasının katibi Arşavir Ğaramyan vəzifəsindən istefa verib. Bu barədə Arşavir Ğaramyan öz “Facebook” səhifəsində yazıb.

“Hörmətli vətəndaşlar, bildirmək istəyirəm ki, Artsax Respublikasının Təhlükəsizlik Şurası katibinin vəsifəsinfən istefa vermək qərarına gəldim, bu isə o demək deyildir ki, Artsaxın təhlükəsizliyinin təmin etməsində olan şəxsi məsuliyyətdən özümü “azad edirəm” ”, – deyə o yazıb.

Arşavir Ğaramyan bildirib ki, vəzifə və statusundan asılı olmayaraq, vəzifəsini davam etdirəcəkdir.

“Mən bu prinsiplə yaşadım və yaşayacağam. Mübarizəmizi sona çatdırmaq, qələbələrimizi gələcək nəsillərə ötürmək üçün hələ uzun bir yolumuz var. Dostlarım və mən bunu həyatımızın missiyasını hesab edirik, biz bununla yaşayacağız. Bu məntiqlə hərəkət etdik və edəcəyik”, – deyə Ğaramyan qeyd etdi.

Xatırladaq ki, Arşavir Gharamyan Artsax Respublikasının Prezidenti Bako Sahakyanın sərəncamı ilə 2019-cu ilin iyunun 26-də Artsax Respublikası Təhlükəsizlik Şurasının katibi təyin edildi.

Daha çox göstər
Back to top button