BaşlıcaSiyasət

Mnatsakanyan Ermənistanın mövqeyini təqdim edib: “Kompromis maksimalizmi qəbul etmir “

Ermənistan Xarici işlər nazirinin sözlərinə görə, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur. “Sülh yolu ilə nizamlanmanın alternativi yoxdur, praktik işləri davam etdirmək niyyətindəyik.

İki ildir bu praktik işi həyata keçiririk və gələcəkdə də davam etdirmək niyyətindəyik. Güc və təhdid qəbuledilməzdir” – deyərək Ermənistan Xarici işlər naziri çıxışında qeyd edib.

O, əlavə edib ki, münaqişənin həlli kompromis prinsipinə əsaslanmalıdır və erməni tərəfi hansı kompromisin hansı  versiyasını erməni tərəfi üçün  məqbul hesab etdiyini aydınlaşdırdı.

Qarşılıqlı güzəşt tərəflərdən hər hansı birinin maksimalist mövqelərindən imtina etmək deməkdir.Bu niyyətimizlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çatmaq  üçün çox çalışacağıq”-deyərək o  bəyan edib.

Xatırladaq ki, mayın 6-da Mnatsakanyan Rusiya Xarici işlər naziri Sergey Lavrov ilə Qarabağ münaqişəsini müzakirə edib. Söhbət zamanı tərəflər ATƏT Minsk Qrupu həmsədrlərinin dəstəyi ilə Qarabağ tənzimlənməsinin gələcək addımlarını müzakirə etmişdir..

Mnatsakanyan Qarabağ danışıqları barədə: artıq qazmağa ehtiyac yoxdur.

Daha çox göstər
Back to top button