BaşlıcaSiyasət

Anna Karapetyan: “Azərbaycan İHM cavabı göstərir ki, insanlar ümumiyyətlə Bakını maraqlanmırlar”

Azərbaycan İHM-nin  erməni həmkarının sözlərinə verdiyi cavab bir daha onu göstərir ki, Bakını ümumiyyətlə bu münaqişədə insanlar  maraqlandırmır, onun üçün bu yalnız ərazi döyüşdür. Bu haqda  Tətbiqi siyasət və Tədqiqat Analitik Mərkəzinin direktoru Anna Karapetyan bildirib..

Xatırladaq ki,  ER İHM Arman Tatoyan, parlamentdə deputatlardan birinin azərbaycanlı həmkarı ilə təmas və müzakirələrin olub-olmaması ilə bağlı sualını cavablandıraraq, birbaşa əlaqələrin olmadığını söylədi.

Eyni zamanda, həmişə beynəlxalq platformalarda bu və ya digər arenalarda bu və digər məsələləri  müzakirə etməyə hazır olduğunu bildirdi.

Tatoyan, Artsaxın  İnsan Haqlarının Müdafiəçisinin  Artsaxla əlaqəli mövzularda aparılan müzakirələrdə də iştirak etməli olduğunu vurğuladı. Azərbaycan Ombudsmanı bu sözləri beynəlxalq hüquq normalarının pozulması kimi dəyərləndirdi və Ermənistan  İHM  ilə müzakirənin yalnız münaqişə həll edildikdən sonra mümkün olduğunu  qeyd etdi.

“Azərbaycan  tərəfi  növbəti dəfə,  bu dəfə hətta insan haqları müdafiəçisi səviyyəsiylə  öz aqressiv ritorikasına sadiq qalaraq  göstərir ki,  münaqişə daxilində  özləri üçün  adamlar və  adamların müqəddaratı  vacib deyil . Bu özləri üçün ərazi mübarizəsidir, hətta adamlar olmadan ərazilərçün”-deyərək Karapetyan bəyan etdi.

Həll olunmamış münaqişə bir sıra insan hüquqları məsələləri sahəsində  münaqişənin bütün tərəfləriçün problemlər yaradır.

Bu vəziyyətdə ombudsmanlar, ilk növbədə, bu mövzuları qaldıran və həll yolları tapan, münaqişənin nəticələrini xalq üçün yüngülləşdirən həll yollarını təklif edən və siyasi cəhətdən təcavüzkar təbliğat işini davam etdirməyən insanlar olmalıdır”-deyərək o, qeyd edib.

Ekspertin fikrincə, insan hüquqları ilə bağlı hüquq müdafiəçiləri arasında dialoq beynəlxalq platformalarda, o cümlədən üçtərəfli müzakirələrdə ən yaxşı forma ola bilər. “Bu, qeyri-dövlət və qeyri-rəsmi formatda müzakirə ola bilər,o cümlədən  üçtərəfli müzakirələr  üçün. Artsax Ombudsmanın da iştirak etməsi təbiidir.

Azərbaycan nümayəndəsinin bu müşahidəyə aqressiv reaksiyası əsassızdır. Bu gün ən həssas olanlarsa Artsax xalqının hüquqlarıdır”- deyərək Karapetyan qeyd edib.

Daha çox göstər
Back to top button