BaşlıcaBeynəlxalq

Avropa Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlar açıqladı

Mayın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş üç şikayət üzrə qərarlar elan edib. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev bildirir ki, şikayətlərin birini bir neçə il ölkədən çıxış yasağı ilə üzləşmiş Sevinc Vaqifqızı göndərib. Jurnalist qadağanın götürülməsi üçün məhkəmələrə üz tutsa da, məqsədinə nail ola bilməyib, Avropa Məhkəməsinə şikayət edib. Proses çərçivəsində Azərbaycan dövləti jurnalistin Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş hüquqlarına müdaxilə olunduğunu etiraf edib və ona 5 min avro təzminat ödəməyə boyun olub.

Hərəkət azadlığı hüququnun pozuntusundan şikayət edən Georgi Nikolayevin iddiası ilə də bağlı 5 min avro təzminat qərarı çıxarılıb.

Üçüncü qərar Xeyrulla Ağayevin ərizəsini əhatə edir. Xeyrulla Ağayev təxminən 10 il əvvəl küçə yürüşündə tutulub, icazəsiz yürüşə qatılmaq və polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 7 sutka inzibati həbs cəzası alıb. Avropa Məhkəməsi ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu bəyan edərək Azərbaycan dövlətinin ona 4100 avro təzminat ödəməsinə qərar verib.

Daha çox göstər
Back to top button